•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Aşura günü ilə əlaqədər qanvermə aksiyası keçirilir

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 17 məscid və ziyarətgahlarda, qan bankının paytaxtdakı əsas mərkəzində və 8 bölgədəki bölmələrində qanvermə aksiyası keçirilir.

Bunu jurnalistlərə Səhiyyə Nazirliyi Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib.

O, bildirib ki, qanvermə aksiyaları səhər saat 7-dən başlayıb. İndiyə qədər respublika üzrə 1000-ə yaxın insan artıq qan verib.

Z.Əlimirzəyeva, qeyd edib ki, qan verən insanlar əvvəlcədən müayinə olunur, onların qan verib verə bilməyəcəyi müəyyən edilir və ondan sonra insanlardan qan götürülür.

İnstitut direktoru bildirib ki, indiyə qədər qan verən insanlar arasında halı pisləşən olmayıb.

Z.Əlimirzəyeva əlavə edib ki, qanlar toplandıqdan sonra infeksiyalar üzrə müayinə olunacaq və təmiz qanlar ehtiyacı olan xəstələr üçün istifadə olunucaq.

Ötən il qanvermə aksiyasında 4141 nəfər qan verib. 1863 litr qan toplanıb.

Qeyd edək ki, bu gün Məhərrəm ayının 10-cu günü – Aşura günüdür. Aşura günü Azərbaycanda da məscidlərdə dini mərasimlərlə qeyd olunur.

Qanvermə aksiya aşağıdakı ünvanlarda keçiriləcək:

1.Yasamal rayon Təzə-pir məscidi
2.Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi
17. Quba rayonu Ərdəbil məscidi (mənbə
 xezerxeber.az)


H.X 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube