•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Çingiz Abdullayevdən jurnalistlərə sərt sözlər: - "Adamı biabır edirlər"

“Bəzi jurnalistlər fikirlərimi təhrif edirlər. Dediyim söz qalır kənarda, özlərindən uydurub yazırlar”

Shefeq.az bildirir ki, bunu AzVision.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin katibi, dünya şöhrətli yazıçı Çingiz Abdullayev deyib. O, haqqında qərəzli xəbərlər yayan KİV nümayəndələrini obyektiv olmağa, peşəkarlıq nümayiş etdirməyə çağırıb:

“Bir söz deyirsən, başqa söz yazırlar. Bu yaxınlarda mənim videomu yayıb, titrlarda fikirlərimi dəyişmişdilər. Belə şeylər adamı iyrəndirir. Onlara nə deyim mən? Yaza bilmirlər, özlərini biabır edirlər. Moskvadan mənə zənglər gəlmişdi ki, haqqında belə sözlər yazıblar. Bu, insanlığa sığmayan haldır. Deyirəm ki, bu hadisə vəhşilikdir. Yazır ki, onlar hamısı vəhşidir. Deyirəm ki, belə etmək olmaz. Yazırlar ki, onlar belə etdilər.

Adam danışmağa qorxur. Videoda mən danışıram, aşağıda isə başqa fikirlər qeyd olunur. Bundan sonra adam heç danışar? Nə deyirəmsə, onun əleyhinə yazırlar. Mənim dediklərimi dəyişib, başqa mənada yozurlar. Adamı biabır edirlər.

Bu yaxınlarda “Neftçi” klubu ilə bağlı məlumatlar yayılımışdı. Ukraynada axmağın biri demişdi ki, 1966-cı ildə “Neftçi” pul verərək qalib gəlib. Markarov bildirdi ki, bu yalandır. Mən də dedim, görürsünüz, yalan məlumatdır. Bunu çevirib başqa formada təqdim etdilər. Dedilər ki, guya Çingiz Abdullayev erməniləri sevir. Bu adamlara nə deyim axı?”.

shefeq.az
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube