•  – Milli Məclisin Sədr müavini: "Şəhid ailələrinin heç nəyə ehtiyacı yoxdur" 
  •  – Milli Məclis sədrinin köməkçisi vəzifəsindən azad edilib 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 

Metro və avtobusların iş qrafiki dəyişdirilir - VİDEO

Bakıda İslam Həmrəyliyi Oyunlarına görə metro və marşrut avtobusları oyunlar ərəfəsində gücləndirilmiş iş rejimində işləyəcək. Bəzi günlərdə avtobuslar və metro gecə saat 2-dək vətəndaşlara xidmət göstərəcək

İslam Həmrəyliyi oyunları ilə əlaqədar ictimai nəqliyyat vasitələri gücləndirilmiş iş rejiminə keçiblər.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə avtobuslar bu rejimdə mayın 8-i, 12-i və 22-də işləyəcəklər.

İctimai nəqliyyatın gec saatlara qədər işləməsi paytaxt sakinlərinin də ürəyincədir.

Bakı metropolitenində isə qatarlar mayın 12-də və 22-də gecə saat 2-dək, oyunlar ərəfəsində isə gecə saat 1-dək işləyəcək. Metro və marşrut avtobuslarının gec saatlara qədər işləməsi paytaxta gələn turistlərin rahat hərəkət etməsi, oyunlarla bağlı müxtəlif arenalarda çalışan könüllülər, eləcə də digər vətəndaşların çətinlik çəkmədən evlərinə qayıtması üçün nəzərdə tutulub.

  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube