•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Xalq artisti Yusif Muxtarovun anım günüdür

Bu gün Xalq artisti Yusif Muxtarovun vəfatından 7 il ötür

Shefeq.az xəbər verir ki, Y.Muxtarov 1941-ci il 23 apreldə dünyaya gəlib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini və Plexanov adına Moskva Dövlət Xalq Təsərrüfatı Akademiyasını bitirib.

Əmək fəaliyyətinə 1964-cü ildən Azərbaycan Dövlət Radio və Televiziya şirkətində diktor vəzifəsi ilə başlayıb. 1994-cü ilə kimi orada diktor, ictimai-siyasi verilişlər redaksiyasının baş redaktoru, diktor şöbəsinin bədii rəhbəri vəzifələrində çalışıb. 1991-ci ildə ona “Əməkdar artist” fəxri adı verilib.

1992-ci ildən 2010-cu ilədək Bakı Bələdiyyə Teatrının sərəncamçı direktoru olub.

Yusif Mehdi oğlu Muxtarov bir çox filmlərdə, televiziya tamaşalarında yaddaqalan rollar yaradıb. Onlardan Nazim Hikmətin “Qəribə adam”, “Bayramın ilk günü”, M.Y.Lermontovun “İki qardaş”, Səməd Vurğunun “Vaqif”, Sabit Rəhmanın “Xoşbəxtlər”, Mar Bayciyevin “Duel”, Çingiz Aytmatovun “Qırmızı yaylıqlı qovağım mənim”, İlyas Əfəndiyevin “Söyüdlü arx”, televiziya tamaşalarında və Azərbaycan kinostudiyasında çəkilən “Baladadaşın ilk məhəbbəti”, “Gecə qatarında qətl” filmlərində yaddaqalan obrazlar oynayıb.

Azərbaycan radiosunun qızıl fondunda Yusif Muxtarovun səsində 350-dən artıq bədii verilişlər saxlanılır. Azərbaycan dilində tərcümə filmlərin səslənməsində onun səsi ilə mindən artıq film səsləndirilib. YUNESKO-nun iki qızıl diskində onun səsi yazılıb qorunur.

Yusif Muxtarovun Bakı Bələdiyyə Teatrının yaranmasında, inkişafında və teatrın xarici ölkələrdə Azərbaycan Teatr mədəniyyətini layiqincə təmsil etməsində əvəzsiz xidmətləri olub.

Teatrın Azərbaycan ordusu qarşısında müntəzəm və davamlı çıxışlarının təşkili üçün 2005-ci ildə Y.Muxtarov Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb.

1999-cu ildə Türkiyənin İstanbul hərbi-hava akademiyasının qızıl medalı, 2003-cü ildə isə Tehranda keçirilən Beynəlxalq Teatr festivalının qızıl medalı ilə təltif edilib. 2002-ci ilin noyabr ayının 7 də Bakı Bələdiyyə Teatrının 10 illiyi ilə əlaqədar Prezident Heydər Əliyevin fərmanı ilə Yusif Muxtarova “Xalq artisti” fəxri adı verilib.

O, teatr və kino aktrisası, televiziya rejissoru, Xalq artisti, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, sənətşünaslıq doktoru, professor, 2000-2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın Əməkdar elm və mədəniyyət xadimi Amaliya Pənahovanın həyat yoldaşı idi.

Y.Muxtarov 26 aprel 2010-cu ildə ürək çatışmazlığından dünyasını dəyişib.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube