10-11-2016, 22:05

Medi Clab tibb müəssisəsindən "Azad İstehlakçılar"İctimayi Birliyinə (AİİB) daxil olmuş şikayət ərizəsinin azəri dilində variyantını sizlərə təqdim edirik.AİİB-çalışdı ki,bu məsələnı həmışəki kimi danışıq yolu ilə həll etsin,lakin qarşı tərəfin "Hara istəyirsiz şikayət edin"cavabı ilı qarşılaşdı.AİİB hazırda lazımı tədbirlərı həyata keşirir.


 

Azərbaycan Respublikası Azad İstehlakçılar Birliyinin sədri
Hüseynov Eyyub Mahmud oğlu cənablarına
Bakı şəhəri Nazim Hacıyev küçəsi11/14 mən. 20 –də
qeydiyyatda olan və yaşayan, əlaqə nömrəsi
+ 994 50 310 90 72
Məmmədov Fazil Məşədi oğlundan

Ərizə
Cənab Sədr, nəzərinizə çatdırmaq istəyirəm ki, hal-hazırda mən – Məmmədov Fazil pensiyaçıyam, rus dilində yazılmış eyni məzmunlu ərizə ilə 03.11.2016 tarixdə təşkilatınıza müraciət etmişəm. İndi isə başıma gələnləri Azərbaycan dilində nisbətən geniş məzmunla Sizə çatdırıram.
Bu ilin əvvəllərində səhhətimdə bəzi narahatlıqlar yarandı. Müayinələr bunun göbək yırtığı olduğunu göstərdi. 2016-cı ilin iyun ayının əvvəllərində mən bu poblemlə bağlı mən AZ1010, Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov 119a ünvanında yerləşən Medi Clab klinikasına müraciət etdim. Göbək yırtığının ölçüsü həmin an üçün 1sm. ölçüdə idi. Medi Clab klinikasında həkim Eyvazov Şükür məni müalicə etmək üçün təhkim olundu. Müayinələrdən sonra həkim Eyvazov məni bunun gələcəkdə səhhətimdə çox ağır fəsadlar törədəcəyinə, hətta ölümlə belə nəticələnə biləcəyinə inandıraraq təkidlə təcili əməliyyat olunmağımın gərəkliliyini bildirdi. Göbək yırtığının məni narahat etmədiyini və bu səbəbdən də yay aylaında əməliyyat olunmaq istəmədiyimi, əməliyyatı payız fəslinə keçirməyimizin daha yaxşı olmasını dəlillərlə əsaslandırdım. Həkim dediklərimə qulaq assa da, yenə də əməliyyatın vacib olduğunu təkidlə israr etməyə davam edirdi. Eyvazov özünün bu işdə yüksək professional ixtisasçı olduğuna məni inandıraraq həmin nahiyəyə böyük bir setka yerləşdirəcəyini və bununla da problemi ömrümün sonunadək həll edəcəyinə əmin etdi. Həkim məni uzun müddət dilə tutmağa başladı, bildirdi ki, əməliyyatı gecikdirməklə mən həyatımı təhlükə altına atıram, bu əməliyyat çox yüngül bir əmliyyatdır, əməliyyatdan maksimum 2 gün sonra mən evdə olacaq, bir həftə sonra isə bu əməliyyatı, ümümiyyətlə, unudacağam, belə ki mən əməliyyatı öz işinin ustadı olan yüksək peşəkara həvalə etmişəm. Bir sözlə, Eyvazov məni inandıraraq razı saldı və 06.06.2016-cı il tarixdə mən əməliyyat olundum. əməliyyatdan öncə həkimlər mənə müəyyən sənədlər –müqavilə imzalatdılar və bunların yalnız formal bir xarakter daşıdığını bildirdilər.
Əməliyyata qədər heç bir prosedur keçirilmədi. Əməliyyat ümumi anestezi altında keçirildi və ayılarkən mən özümü o qədər də pis hiss etmirdim. Əməliyyat kəsiyinin tikiş ölçüsü 4 (dörd) sm. olardı. Əməliyyatın üçüncü günü həkim Eyvazov bildirdi ki, həmin nahiyədə müəyyən maneələr var. KT (komyuter tomoqrafiya) müayinəsindən sonra müalicə həkimi Eyvazov bildirdi ki, ikinci əməliyyat labüddür, belə ki bu, olum, ya ölüm məsələsidir.
09.06.2016-cı ildə Eyvazov mənə ikinci əməliyyatın keçirilməsinə aid müqavilə imzalamağa vadar etdi və bildirdi ki, əgər indi təcili əməliyyat olunmasam, bir neçə saatdan sonra məninm ölümüm qaçılmazdır. Müqaviləni imzalamaq üçün mənə əməliyyat otağında təqdim etdilər və buna görə də onu oxuyub şərtlərlə tanış olmaqdan, təbii ki, heç bir söhbət gedə bilməzdi. Hətta evə buraxıldığım zaman və sonralar mənə həm birinci, həm ikinci əməliyyatlar zamanı qol çəkdiyim heç bir müqavilənin surəti təqdim olunmadı.
Bir az irəli gedərək, nəzərinizə çatdırmaq istəyirəm ki, sonralar bir çox həkimlərlə məsləhətləşmiş və onların hamısı yekdilliklə bildirmişlər ki, ilk və sonrakı əməliyyatlardan sonra yaranmış bütün fəsadlar – irinli-iltihab və bütün qarnım boyunca yayılmış əməliyyatsonrakı yırtıq – bunların hamısı, həkim Eyvazovun cahilliyinin nəticəsidir (əslində, buna elə bir gərək vardımı? Həkimlərin sözlərinə görə, heç nə - hətta KT görüntüləri belə mənə təqdim olunmamışdı. Baxmayaraq ki Medi Clabda hər şey ödənişlidir və mən düşünürəm ki, ödəniş etdiyim KT görüntüləri də mənə aiddir).
İkinci əməliyyat da ümumi anestezi altında keçirildi. İkinci əməliyyatdan sonrakı tikişin ölçüsü artıq artıq 35 (otuz beş) santimetrə çatırdı. Əməliyyatdan sonra Eyvazov bildirdi ki, artıq hər şey qaydasındadır və məni artıq 2 gündən sonra evə yazacaqlar.
Yaramın sarğısını gündəlik dəyişirdilər. İyulun 11-i, ikinci əməliyyatın ikinci günü hiss etdim ki, tikişlərim öz-özünə aralanıb. Məlum oldu ki, iki tikiş (stejka) partlayıb və diametri 10 (on) santimetrə yaxın olan fistula əmələ gəlib. Müayinə həkimi hər gün sarğı dəyişdirilməsi zamanı orada iştirak etsə də, bunu görməyə bilməzdi. Eyvazov bildirdi ki, qorxulu heç nə yoxdur və bir həftədən sonra bu fistula bağlanacaqdır.
15.06.2016 -cı il tarixdə məni Medi Clabdan evə yazdılar və bildirdilər ki, sarğının gündəlik dəyişdirilməsi üçün buraya gəlib-getməliyəm, eləcə də yaranmış fistulanın bir həftəyə, uzaqbaşı on günə bağlanacağına əmin etdilər. Təxminən, iki ay mən sarğımə dəyişdirmək üçün hər gün gəlib-gedir, lakin fistulada heç bir dəyişiklik olmurdu. Hətta hal-hazıra qədər həmin fistula və oradan gəlib tökülən axıntı məni narahat edir.
Avqustun əvvəllərində Eyvazov məzuniyyətə çıxacağını bildirdi və bundan sonra sarğımı ev şəraitində özümüzün dəyişdirə biləcəyimizi söylədi. Ha-hazıra qədər mən həkim Eyvazovun məsləhəti ilə gündə iki dəfə sarğımı dəyişdirir və bandajda gəzirəm, lakin heç bir irəliləyiş yoxdur. Artıq əməliyyatımdan beş ay keçir, lakin vəziyyətim get-gedə pisləşir. Qarnımda yaranmış əməliyyatsonrakı yırtığın ölçüsü artıq 25 Х 30 sm. ölçüsündədir. Qarnınmda düyünlər yaranmışdır, fistuladan gələn axıntı isə hələ də davam edir. Ümumiyyətlə mənə elə gəlir ki, bu həkimi (Eyvazovu) xəstəsinin səhhətindən daha çox məcburən təyin etdiyi bahalı prosedurların həyata keçirilməsi narahat edirdi. Məsələn, birinci əməliyyatdan sonra yaranmış fəsadla bağlı şübhələrini dəqiqləşdirmək üçün o məni beş dəfə kompyuter tomoqrafiyasına göndərmişdi. Baxmayaraq ki KT xəstəni maksimum şüalanmaya məruz qoyur, lakin bir seansın 200 AZN-ə başa gəlməsi insanı düşünməyə vadar edir. Və ya ikinci əməliyyatdan sonra Eyvazov mənə bir 10(on) dəqiqəlik seansı 150 AZN-ə başa gələn digər bir prosedur təklif etdi və bildirdi ki, dörd seansdan sonra yara tamamilə bağlanacaqdır. Bu həkim üçün xəstənin sağlamlığı deyil, 600 manatı ondan necə qoparması vacibdir. Bu cür dəlillər onu deməyə əsas verir ki, Eyvazov savadsız bir həkimdir, daha doğrusu, həkim yox, başqasından bacardıqca çox pul qoparmağa çalışan bir adamdır. Bu cür “həkimlərə” heç bir vəchlə insan həyatını, sağlamlığını etibar etmək olmaz!
İlk əməliyyata görə mən 2000 (iki min) AZN ödəmişəm, ikinci əməliyyat 4500 AZN məbləğində qiymətləndirilsə də, mənim bu qiymətin haradan və hansı əsaslarla təyin olunmasını aydınlaşdırmaq tələbimdən sonra həmin əməliyyatın da qiyməti 2000 AZN-ə endirildi.
Bəs sağlamlığıma vurulmuş ciddi zərərin, itirilmiş vaxtımın, bu qondarma “həkim” Eyvazovun etdiyi əməliyyatlara xərclənən pulların hesabını, ümumiyyətlə mənə vurulmuş mənəvi ziyanı, görəsən, kim ödəyəcək ?!!!!
Mən bu sahənin bilən başqa həkimlərlə məsləhətləşmişəm və mənə bildiriblər ki, bu gün bütün qarın boyu əmələ gəlmiş yırtığı və öncəki “həkimin” buraxdığı səhvlərdən yaranmış fəsadları aradan qaldırmaq üçün ən azı iki əməliyyat lazımdır.
Hörmətli cənab Hüseynov, Sizdən yaranmış bu insidentlə bağlı lazımi dövlət strukturlarına məlumat verəsiniz, eləcə də aidiyyatı KİV qarşısında keyfiyyətsiz iş görərək məsuliyyətdən boyun qaçıran həkimlərin cəzalandırılmaması ilə bağlı məsələ qaldırasınız. Bu gün həkimlərin işinə nəzarət mexanizmi işləmir, eləcə də ictimai nəzarət yox dərəcəsindədir. Tibb sahəsində işçilər arasında hər hansı həkimin müalicəni düzgün aparmadığını və ya əməliyyatı düzgün keçirmədiyini etiraf etmək qeyri-etik hal hesab olunur. Təkzibolunmaz haldır bu gün bu cür savadsız həkimlərin naşı hərəkətləri nəticəsində insanlar şikəst olur, bəzi hallarda isə hətta həyatlarını itirirlər. Buna bir müddət öncə həkimin xəstə ayaq əvəzinə, sağlam ayağın kəsməsi ilə bağlı bir müddət öncə KİV-də yayılmış məlumat da əyani sübut ola bilər. Bizim tibb işçilərimiz yanlış “korporativ həmrəylik” anlayışları ucbatından həmkarlarının səhvlərini, bəzən isə cinayətlərini gizlədir, ört-basdır edirlər.
Cənab Hüseynov, mən hesab edirəm ki, mənim vətəndaşlıq, istehlakçı və konstitusiya hüquqlarım pozulmuşdur. Bununla əlaqədar, Sizdən mənim pozulmuş hüquqlarımı bərpa etməyə, naşı həkim Eyvazov tərəfindən icra edilmiş uğursuz əməliyyatlara və sağlamlığımın bərpası üçün bu əməliyyatlardan sonrakı prosedurlara sərf etdiyim pulları geri qaytarmağa kömək etməyinizi xahiş edirəm. Axı mənim bütün bu tələblərim Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun 9.3 maddəsinə görə “Medi Club” qarşısında tələb qoymaq hüququm vardır.
Qeyd edirəm ki, bu ərizənin rus dilində variantını Sizə təqdim etdikdən sonra Siz ərizənin surətini Medi Club-a təqdim etmisiniz, mübahisənin həmişə olduğu kimi təmənnasız olaraq danışıq yolu ilə həllinə cəhd göstərmisiniz. 08.11.2016 tarixdə mənim iştirakımla Sizin Şükür doktorla telefonla danışığınızdan bəlli oldu ki, Şükür doktor deyir: “Hara istəyirsiniz, gedin şikayət edin”.
Zaman gözləmir, cənab Hüseynov və mən Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə bağlı məhkəmə-tibbi ekspertiza işlərinin sürətləndirilməsini, eləcə də zərurət yaranarsa, Səhiyyə Nazirliyinin ekspertlərinin işəqarışmasını təşkil edəsiniz, mümkün olan bütün dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz. Mümkünsə məhkəmə iddiası qaldırasınız. Çünki səhhətim gündən-günə pisləşir və mən təcili əməliyyat olunmalıyam. Mən çox gözəl başa düşürəm ki, ekspertiza təşkil olunmazsa, Eyvazovun günahını sübut etmək qeyri-mümkün olacaq.
P.S. Nə xəstəlik tarixi, nə analizlərimin cavabı, nə də ikinci əməliyyatdan öncə keçirilən KT müayinələrinin görüntüləri mənə təqdim olunmamışdır. Mənə verilən sənədlər arasında isə Medi Club-a etdiyim ödəniş qəbzlərində VÖEN nömrəsi yoxdur.
Hörmətlə:
Fazil Məmmədov
08.11. 2016-cı il

loading...