•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Hindistan Azərbaycandan neft idxalını apreldə kəskin artırıb

Bu ilin yanvar-aprel aylarında Hindistan Azərbaycandan 5,4 mln. barel neft idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% azdır.
"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, dördaylıq dövr üzrə azalmaya baxmayaraq, apreldə Hindistan Azərbaycandan neft idxalını kəskin artırıb. Belə ki, ötən ay Hindistan Azərbaycandan 1,98 mln. barel neft idxal edib. Bu, 2019-cu ilin eyni ayı ilə müqayisədə 95,4% çoxdur. Bu ilin mart ayı ilə müqayisədə isə apreldə idxal 25,7% azalıb.
Qeyd edək ki, Hindistan dünyanın üçüncü ən böyük neft idxalçısıdır və hesabat dövründə bu ölkəyə ən çox İraq (130,3 mln. barel) və Səudiyyə Ərəbistanı (101,1 mln. barel) neft idxal edib.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube