•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

"Həmin video övladımı param-parça etdi, bu günə qədər qızımın müalicəsi davam edir" - Videosu yayılan müəllimə DANIŞDI

Bir müddət əvvəl məktəbdə "Məsti Xumar" mahnısını oynayan və rəqsi ilə gündəmə düşən müəllim Sonxeber.az-ın qonağı olub. Müsahibəni təqdim edirik:

- Xoş gördük Gülsüm müəllimə. Müsahibəmizə ilk olaraq belə bir sualla başlamaq istərdim. Məktəb işlərindən yorulub, stress ataraq rəqs edən Gülsüm müəllimə karantin dövründə lazımınca yorğunluğunu çıxara bilibmi?

- Xoş gördük. Əvvəlcə qeyd edim ki, mən qanuna çox tabe olan insanam. Güman edirəm ki, dediklərimi yazacaqsınız (gülür). Azərbaycanın bütün fədəkar müəllimləri kimi karantin elan olunan tarixdən təxminən 2 gün sonra mən "WhatsApp" dərslərinə başladım. Bəlkə də online dərsə ilk başlayan müəllimlərdən biri mən oldum, amma bunu reklam etmədim. Bizim məktəbdə şəxsən deyə bilərəm ki, bunu ilk başlayan mən idim.

- Bildirdiniz ki "WhatsApp"da dərsləri keçirdiniz. Bu dərsləri görüntülü keçirdiniz?

- Xeyr. Əvvəl dərslərə elə başladım. Sonra "Zoom" proqramı və "Online" dərslər çıxdı. Məsələ burasındadır ki, uşaqlarda internet meqabaytla olduğu üçün onlara görüntülü dərsi çox az keçdim. "WhatsApp"da qısa videoalar çəkib, tapşırıqların bir- bir izahını verib uşaqlara atırdım. Şagirdlərim tapşırıqları həll edib təkrar mənə göndərirdilər. Bu hələ də belə davam edir. Mən maksimum qüvvəmi toplayıb ömür boyu valideynin xeyrinə çalışmışam. Qaradağ rayonu, Puta qəsəbəsində 184 nömrəli məktəbdə işləyirəm. Evdə internetim və kömpyuterim var, amma mən əks tərəfin lazımı məmulatlarla təmin olunmasını nəzərə alıram, xüsusən də valideynlərin imkanlarını. 52 yaşım var və kompüteri çox mükəmməl bilirəm. Sadəcə burada mən ailələrin mövqeyini ön plana çəkib valideynlərin təkidi ilə "WhatsApp"da dərs keçirəm. Mənim çox yaxşı oxuyan şagirdlərimdən biri telefonu olmadığına görə dərslərdən yayınmışdı. Mən bu barədə sosial şəbəkələrdə məlumat vermişdim. Heç 10 dəqiqə keçmədi bir nəfər qadın həmin şagirdim üçün telefon göndərdi. Uşaq ağlaya- ağlaya zəng vurub mənə minnətdarlıq etdi. Bəzən elə tapşırıqlar olur ki, şagirdlər onları həll etməkdə çətinlik çəkirlər. Həmin uşaqlara fərdi olaraq dəstək oluram, tapşırığı dönə- dönə başqa üsullarla izah edirəm. O qədər yorğun oluram ki, inanın yenə oynayıram. Elə bilirsiniz ki oynamıram? Evdə oynayıram (gülür) Görürəm ki, pik nöqtədəyəm, deyirəm ki, artıq "Qoçəli"nin vaxtıdır.

- Qeyd etdiniz ki, hazırda 52 yaşınız var. Ailəniz haqqında çox qıssa məlumat vermənizi istərdik.

- Mən Moskvada yaşamışam. Seçim zamanı hər şeyi orada qoyub Azərbaycana gəlmişəm. İndi anam və qardaşımın ailəsi ilə bir yerdə yaşayıram. Bir qız övladım var, 24 yaşı var. Şəxsi ailəm yoxdur.

- Şagirdlərinizdən ötrü darıxdığınızı tez- tez paylaşımlarda dilə gətirdiyinizi görürük.

- Böyük qardaşım bütün günü əsəbiləşib deyir ki, mən nə vaxt "WhatsApp"a baxıram sən onlayn olursan. Mənim həyatım sinifim və şagirdlərimdir. Uşaqlarıma söz vermişəm ki, bütün yayı onların təhsili ilə məşğul olacam.


- Günün əksər hissəsini evdə keçirirsiniz, bu sizdə necə bir hiss yaradır, sıxılmırsınızmı?

- Əlbəttə mən indiki dərsin yüksək keyfiyyətli olduğunu deyə bilmərəm. Çünki bu absurddur. Canlı dərslə belə keçilən dərsləri heç müqayisə etmək olmaz. Xaricdə olan qohumlarımız vaxtında balalarımızı belə təhlükədən qoruduğu üçün Azərbaycanın digər ölkələrə nümunə olduğunu deyirlər. Biz vaxtında balalarımızı bu təhlükədən sığortaladıq. Karantin dövrünə görə sıxılmıram və bildirim ki, hər birimiz dövlətdən maaşımızı alırıq. Bu müddətdə çalışmalıyıq ki, şagirdlərimizə yaxşı təhsil verək.

- Məlum məsələ ilə bağlı soruşmaq istəyirəm. Bir tərəfdən də sizə görə həmin məsələyə qyıtmaq istəmirəm...

-Bütün məsələlərə qayıdın. Ürəyiniz necə istəyir (gülür)

-Sizi sözügedən rəqs ifanızla bağlı qısa olaraq verilişdə gördük. Düşünürəm qeyd etmədiyiniz bəzi məqamlar qalıb.

- Bəli çıxışım qısa oldu...

- Sizin məlum rəqsinizlə bağlı kimisi qınadı, kimisi dəstəklədi Qınayan insanlara qarşı şəxsi mövqeyiniz nədən ibarətdir? Nələri qeyd etmək istərdiniz?

- Təhqirlə bağlı fikirlər mənim ailəmdə övladımı param-parça etdi. Bu günə qədər hələ də qızımın müalicəsi davam edir. Onun 24 yaşı var. Yazmışdılar ki, hamilədi, oriental rəqs edir, kül başına nə bilm nə... Məni tanıyan adam heç vaxt mənim haqqımda belə sözlər deyə bilməz. Həmin fikirləri eşidəndən sonra o videonu paylaşanı dövlətin deyil, Allahın ümidinə buraxdım. Mən sərbəst adamam. Əgər mahnı mənfi mahnı olsa idi, onu efirə buraxmazdılar. Pis hərəkət edən onu paylaşandı.

- Bildiyimiz qədərilə həmin videonu paylaşan sizin yaxın çevrənizdən olan biri olub. Sözügedən söhbətdən sonra həmin şəxsin sizinlə münasibəti necə oldu? Heç utanmadı ki, siz qadın idiniz, belə videonu sosial şəbəkəyə çıxarıb böyütmək nəyə lazım idi?

- Bu məsələ ilə bağlı mənim iki- üç variantım var. Çünki həmin video bir aydan da əvvəl çəkilən video olub. Onu niyə məhz Xocalı ərəfəsində etdilər? Bu bir tərəfidir. Digər tərəfdən bildirim ki, mən fikrini söyləyən adam olduğum üçün təhsilə dair bəzi məsələlərlə bağlı müraciət hazırlamışdım. Mənim məktubum geniş əhatəli idi. Ola bilər həmin məktubda yazılanlar kiminsə xoşuna gəlməyib. Əslində bu məsələ ilə bağlı lazımı orqanlara müraciət etmişdim. Müəyyən səbəblərə görə və ailəmin sözü ilə bu işin axırınadək getmədim. Ailəm mənə dedi ki, burax bu işi, göydə Allah var.
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube