Bölmə: Cəmiyyət / Sosial
Baxış sayı: 62
10-01-2017, 14:25

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrdən istefaya çıxıb


Shefeq.az xəbər verir ki, bu barədə “AzeriDefence”ə açıqlamasında polkovnik A. Qurbani özü məlumat verib.

Abdulla Qurbaninin hərbi xidmətdən tərxis edilməsi barədə əmr dekabrın 15-də verilib.

“Dekabrın 13-də 60 illiyim oldu. Ondan öncə istefaya göndərilməyim barədə raportla rəhbərliyə müraciət etmişdim. Rəhbərlik də sağ olsun, raportuma baxaraq müvafiq əmr verdi”, – deyə Qurbani bildirib.

A.Qurbani qeyd edib ki, o, fəaliyyətini mülki həyatda da davam etdirəcək.