Baxış sayı: 125
8-01-2017, 23:56

Araşdırmaçı-jurnalist Xoşqədəm Hidayətqızının müəllifi olduğu “Səni axtarıram” verilişi bu ildən etibarən canlı yayımlanacaq. Veriliş hər bazar günü 21:00-da efirə gedəcək


Shefeq.az xəbər verir ki, bu barədə məlumatı aparıcının özü Report-a təsdiq edib.

“Bəli, bu doğrudur. Əvvəl "Səni axtarıram" bazar günü axşam saat 22:00-da yayımlanırdı. Bu ildən belə olmayacaq. Tamaşaçılar həmişə verilişin gec başlamasından gileylənirdilər. Artıq onlar da öz arzularına çatmış olacaqlar. Bu, həmçinin mənim də ən böyük arzum idi. İllər idi ki, verilişin canlı olmasını istəyirdim və “Xəzər” telekanalının rəhbərliyi mənim bu arzumun gerçəkləşməsinə şərait yaratdı. Onlara təşəkkür edirəm. “Səni axtarıram”da canlı bağlantılar, telekörpülər olacaq, studiyada insanlara axtardığı şəxslər barədə anındaca məlumatlar veriləcək. İnşaallah tamaşaçılar fərqli bir veriliş izləyəcəklər. Onu da qeyd edim ki, veriliş təkcə bu həftə canlı olmayacaq, gələn həftədən isə canlı yayımlanmağa başlayacaq”, - deyə X.Hidayətqızı bildirib.