Bölmə: Cəmiyyət / Təhsil
29-12-2016, 10:42
300 müəllim tədris etdiyi fəndən 0 bal alıb. Bu fəlakətin əsas səbəbkarlarından biri Azərbaycan Müəllimləri İnsitutunun sabiq rektoru, indiki deputat Aqiyə Naxçıvanlıdır


Deyilir ki, bu institutun regional filialları diplom satışı biznesi ilə məşğul olub.

Aqiya Naxçıvanlının rəhbərlik etdiyi Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi.

Azərbaycan cəmiyyəti nə qədər arzulasa belə Azərbaycan Müəllimlər İnstitutu ölkənin bir nömrəli müəllim hazırlayan ali təhsil ocağına çevrilə bilmədi.

Adı daima qalmaqallarla, rüşvət və korrupsiya halları ilə gündəmə gətirlən Müəllimlər İnstitutu, təhsil sistemində müəllim imicini aşağılayan ən böyük təhsil ocaqlarından biridir. Bu institutun bütün rayon filialları bazar açıb.

Faktlara baxaq:

Azərbaycan Müəllimlər nstitutunun Cəlilabad filialında son olaraq adı hallanan rüşvət yığımı buraxılış imtahanı ilə bağlıdır və konkret olaraq 500 manat civarında dəyərləndirilib. Bu rəqəm isə ümumiləşəndə böyük bir məbləğ hesab olunur.

Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialında baş verən rüşvət olayı ilə bağlı audio yazının dərci də yaddaşlardan silinməyib.

Xatırladaq ki, hələ bir müddət əvvəl Mingəçevir filialında bu təhsil müəssisəsinin iki müəllimi arasında yaranan davadan sonra bəzi məlumatlar üzə çıxmışdı.

AMİ Mingəçevir filialının tədris hissə müdiri Vahid Quliyevlə elə həmin institutun müəllimi Müsəllim Hümbətov arasında yay imtahan sessiyasıyla bağlı mübahisə sonradan bu təhsil ocağında baş verənləri çılpaqlığı ilə ortalığa qoydu.

 Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Qazax filialına rəhbərlik artıq 3 ildən artıq müddətdir ki, Afaq Qasımovaya tapşırılıb.

Afaq xanımın bu vəzifəyə təyinatı filialın keçmiş direktoru tərəfindən çoxsaylı korrupsiya hallarına yol verilməsi və məhz bu səbəbdən həbsə düşməsindən sonra baş tutsa da, bu hadisələrin yeni direktor üçün bir ibrət olduğunu söyləmək qətiyyən mümkün deyil.

Yeni təyinatdan bir müddət sonra yerli mənbələrin təqdim etdikləri məlumatlarda isə AMİ-nin Qazax filialında müəyyən dəyişiklikləri yalnız binanın görünüşündə müşahidə etməyin mümkün olduğu bildirilir.

Qeyd edək ki, ölkəninin tanınmış müğənnilərindən biri mətbuata müraciət edərək Müəllimlər İnstitunun Ağcabədi filialınında təhsil alan yaxınının imtahanlarda qiymət ala bilməsi üçün 500 manat rüşvət verdiyini bildirmişdi.


politika
loading...