•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

""Oboy"ları cırır, sayğaca müdaxilə edirlər" – Kirayəçi və ev sahibi arasında mübahisə niyə yaranır?

Evini kirayə verən şəxslərin tez-tez üzləşdiyi problemlərdən biri də təhvil verdiyi avadanlıqları olduğu kimi geri ala bilməməsidir. Xaçmaz sakini Murad Sərudi bildirir ki, bir neçə dəfə kirayə verdiyi şəxslə arasında mübahisə yaranıb.

ARB TV-nin “Günə doğru” proqramı mövzuyla bağlı maraqlı süjet hazırlayıb.

Murad Sərudi – Ev sahibi: “ “Oboy”ları cırırlar, mebeli dağıdırlar, sayğaca müdaxilə edirlər. Əlimizdə də hüquqi sənəd yoxdur. Heç kimə şikayət edə bilmirik. Məcburuq ki, evimizi təmir edək”.

Uzun illərdir ev alqı satqısı ilə məşğul olan Qadir Həsənbəyovun sözlərinə görə belə problemlər tez-tez yaranır. Adətən ev sahibi əşyaların zədələndiyini və ya dəyişdirildiyini görəndə narazıçılığını bildirir. Yarana biləcək anlaşılmazlıqların qarşısını almaq üçün onlar təhvil təslim prosesində öz şirkətlərinin daxili müqaviləsini tərəflər arasında imzaladır.


Qadir Həsənbəyov – Alqı-satqı şirkətinin rəhbəri: “Biz onun mənzilinə kirayəçi taparkən müqavilə imzaladırıq Biz tərəfdən də daim nəzarət olunur”.

Bəzən belə razılaşmalarla qanə olmayan şəxslər mübahisəni məhkəmə yolu ilə həll etməyə çalışır. Bu zaman aidiyyatı orqana hüquqi əhəmiyyət kəsb edən sənədlər təqdim olunmalıdır. Sözügedən şirkətlərin daxilində tərtib etdiyi müqavilələr isə hüquqi əsas daşımır.

Evini kirayə verən şəxs natariusda qarşı tərəfilə razılaşdıqdan sonra müqavilə imzalamalıdır. Müqavilədə evin avadanlıqları, mövcud vəziyyəti, aylıq ödənişin məbləği göstərilməlidir. Yalnız bu prosesi keçdikdən sonra tərəflər rəsmi məsuliyyət daşımış olur.


Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube