•  – 5 rayon dərhal Azərbaycana qaytarılmalıdır... - Rusiyadan İNANILMAZ TƏLƏB 
  •  – Putinlə Ərdoğanın görüşü başa çatdı - Vacib qərar qəbul olundu 
  •  – İlham Əliyev: Bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir 
  •  – Niderlandakı müvəqqəti işlər vəkili KSQT baş direktoru ilə görüşdü 

Bakı metrosunda HƏYƏCANLI ANLAR: Qatar tuneldə qaldı

Bugün səhər saatlarında "Bakı Metropoliteni" QSC-nin "Xətai” və "Cəfər Cabbarlı” stansiyaları arasında hərəkət edən qatar tuneldə qalıb. 


BiG.AZ xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report”a bildirib ki, ləngimə, təxminən, 20 dəqiqə davam edib: 

"Ayda 2 dəfə metronun diaqnostika kompleksi dəmir yolu xətlərini yoxlayır. Bu dəfə kompleksi saat 10:53-də xəttə buraxılıb. Yoxlama zamanı həmin xətt üzrə hərəkət edən qatar dalana verilib. Bu proses, təqribən, 10-12 dəqiqə çəkir. Amma dalana verilən qatarda nasazlıq aşkar edildiyindən xəttə ehtiyat qatar buraxılıb. Bu stansiyalar arasındakı interval 8 dəqiqədir. Hadisə nəticəsində intervalla birgə fasilə 20 dəqiqəyə çatıb”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube