Baxış sayı: 275
13-12-2016, 10:42


Yəqin hamınız fikir verirsiniz son zamanlar  dünyada  qaranlıq və pisliklərin hakim olduğunu düşünürük. İnsanlar intihar edir, çoxu bədbəxt, pessimist əhval ruhiyyəli, xəstəliklər artır. İnsanlar bir-birini başa düşmək istəmir. Cinayətlər, qətllər, terror hadisələri insanları daim qorxu içində saxlayır. Hamı da bir aqressiya, əsəb-hirs hiss olunur. Güzəştə getmək, qəbul etmək, başa düşmək  duyğuları insanlar arasında  get-gedə azalır. “Dünya fani dünyadı”, “Dünya dağılır”, “Çox pis bir dünayada yaşayırıq” kimi ifadələri də tez-tez eşidirik.   Belə olan şəraitdə sual yaranır “dünya “pis dünya sindromu” mu yaşayır?

Hər an bir  zorakılığa  qurban getmək  qorxusu, dəhşət filmlərində yaşananların adamın başına gəlmə ehtimalı, nüvə və ya bioloji  müharibələrin  baş verə bilmə qorxusu, bir virusun bütün bəşəriyyətə bulaşması, Hollivud filmlərindəki kimi  genetikası ilə oynanılmış  bir varlığın insanları yox etməsi  kmi ehtimallar, bunların yavaş –yavaş reallaşdığını görən insanlar  gündən-günə daha çox qorxur, pessimistləşir. Belə olan zaman insanlar dünyanı qorxulu bir yer olaraq görməyə başlayır  və “Pis dünya sindromu”na qapılır.  Pis dünya sindromu ünsiyyət qurma məhrumluğunun ən əhəmiyyətli nəticələrindən biridir və bu sindrom  ictimai duyğuların zərər görməsi ilə ortaya çıxır. Psixoloq Aynur Əlibəyli deyir ki,  “Pis Dünya sindromu”na yoluxmuş insanlar tez-tez  dünyanı köhnə dünya ilə müqayisə edirlər.  Dünyanın pisə doğru getdiyini düşünənlərdə üç müxtəlif reaksiya özünü göstərir.  Zorakılığı  nümunə götürüb  zoraıkılıq davranışlarını  artırmaq,  zorakılığa qarşı  laqeyidləşmək və qorxuya qapılıb özlərini zorakılıq qurbanı kimi qəbul edərək  qaçma davranışı  göstərirlər.  Hər üç reaksiya növü psixoloji baxımdan sağlam deyil”.

Müsahibimiz bildirir ki, Pis Dünya Sindromu  cəmiyyətin psixologiyasına  birbaşa təsir edir.  Belə ki,  bu sindromun nəticəsində  insanlara arasında zorakılıq və cinyaət halları artır.  Məktəblərdə uşaqlar, gənclər arasında, cəmiyyətdə  zorakılıq artır.  Məktəblərə silah aparma, ata-ananı öldürmə kimi  cinayət hadisələri  keçmiş nisbətən cəmiyyətdə surətlə yayılıb.

 

Məsələn ABŞ - da ailə daxili  zorakılıq  hadisələrində ciddi bir artım müşahidə edilir  və təcili xidmətlərə müraciət edənlərin 20  faizi ailədaxili  zoraıkılıqla bağlı olur.  

“ Qadına və uşağı istiqamətlənmiş  zorakılıq hadisələrində və uşaqlara qarşı  cinsi istismar hadisələrində də xeyli artım müşahidə edilir. Buna  görə də insanıar təhlükəsizlik vasitələrinə üstünlük verməyə başladılar.  Silah və qoruyucu vasitələrin satışın artması da  təhlükəsziliyin zəiflədiyini və pis dünya daxilində  yaşadığımızı ortaya çıxarır.  Vəziyyəti belə görən insanlar  3 cür reaksiya göstərir.  Bəzilərində Postravmatik Stress Pozuntusu müşahidə edilir. Bu zaman şəxslərin  qorxuları artır. Bu xəstəlik zamanı insane yaşadığı  hadisəni, zədəni unuda bilmir, hər zaman yaddaşında olur. Hətta  yuxuda görməkdən qorxub, yatmaq istəməzlər, gözlərini bağlamaqdan belə qorxarlar. Çünki gözünü bağladığı zaman həmin hadisə təkrar-təkrar gözü qarşısında  görünər.  Məslən zəlzələ yaşayıbsa və ya  təcavüzə məruz qalıbsa, həmin hadisəni xatırlayar, böyük bir böhran yaşayar, dəşhətə düşər. Bu duyğunu yaşamamaq üçün isə  gözlərini yummaqdan, yatmaqdan imtina edər. Buna psixologiyada Vyetnam  Sindromu da deyilir”.

Vyetnam sindromu  Amerikalılarda müşahidə edilib və bu sindroma yaxalanan adamlar  10 il əvvəlki hadisəni  yeni olmuş kimi yaşayıblar.  Zəlzələ qorxusuyal geyimli yatan insanlar, özünü daha etibarlı hiss etmək üçün Avstraliyada ev alan Amerikalılar var. 

Mərhəmətsizlik və zorakılıq artır və surətlə yayılır. Bununla yanaşı cəmiyyətdə  tək-tək hallarda baş verən  uşağın anasını və ya atasını  öldürməsi kimi zorakılıq  hadisələrinin mediada  təkrar –təkrar verilməsi hamıda “məndə də ola bilər” qorxusu yaradır. Bu cür hadisələr qorxuları artırır.

Müsahibimiz bildirir ki, “Pis Dünya Sindromu” nun ikinci əlaməti startel adlanır.  Belə insanlarda  səs-küyə və səsə həssaslıqlar  daha çox müşahidə edilir.  Qapı döyüləndə diksinmə, hər hansı bir səsə ayağa qalxmaq, rahat ola bilməmək, davamlı narahat olma olma hissləri “Pis Dünya sindromu” yaşayanlarda müşahidə edilən əlamətlərdəndir. Sindromun üçüncü əlaməti  funksionallığa təsir edir.  İş qabiliyyətinin zəifləməsi, ictimai uyğunlaşma pozulur və bunlarla yanaşı insanda  bacarıq itirmə də müşahidə edilir. İş məhsuldarlığı azalır.

Psixoloq “Pis Dünya Sindromu” nun inkişaf etməsində birbaşa medianın rolunun  böyük olduğunu deyir.  “ Mediada  hücum görütülərinin davamlı verilməsi, Fələstin və Suriya görüntüləri, İŞİD əməlləri  insanlarda özlərinin də qurban ola biəcəyi hissini yaradır. Bu görüntüləri görən insanların 90 faizi dünyanı günahlandırır. Çünki insanlarda artıq reallıq və fantaziyanı fərqləndirmə duyğusu yox  olub.  Baş verən hadisələr insanlrda hər gün  olacaq duyğusu yaratdı”.

Müsahibimiz deyir ki, xaraktercə zəif insanlarda bu  qorxma, qaçma, güclü insanlarda isə qorunma, zorakılıq etmə hissi ilə müşahidə edilir.

Onu da qeyd edək ki, “Pis Dünya Sindromu” şəhər əhalisində daha çox müşahidə edilir.  Çünki şəhər əhalisi xəbərə, informasiyaya daha yaxındır. Müqayisədə isə kənd yerlərində sindrom daha ağır nəticələrlə özünü göstərir. “Kənd əhli xəbərdən uzaqdi. Amma hadisə çox zaman kənd yerlərində baş verir. Baş verən hadisələrdən isə təsirlənən şəhər əhli olur.  Yəni hadisələr çox zaman regionlarda yaşanılır, psixi təsirlənən isə şəhərli olur. Bunun qarşısını almaq üçün  ilk əvvəl mediada bəzi xəbərlər məhdudiyyətlər qoyulmalıdır. Kriminal, zorakılıq,  xəyanət xəbərləri daha az  yayılmalıdır. Baş verən hadisələr şişirdilməməlidir. O zaman aramızda “dünya pis dünyadır”, “çox çətin zamanda yaşayırıq” deyənlərin sayı nisbətən azalar”.