Baxış sayı: 196
13-12-2016, 10:30

Artıq qış qapıdadır desək, yanılmarıq.  Soyuq, yağıntılı, küləkli havalarda Bakının yollarında avtomobil sürmək bir qədər də çətinləşir. Tıxaclar,  illər uzunu təmiri bitməyən yollar, sürücülük mədəniyyətindən xəbəri olmayan sürücülər və bu kimi xarici faktorlar da avtomobili normal kitabında qeyd edildiyi kimi sürməyə imkan vermir. 

Avtomobil ustası İlqar Nuriyev deyir ki,  avtomobillərə qış üçün xüsusi qulluq lazımdır.  Bu qulluq vaxtında edilməzsə, ən yaxşı ehtimalla yolda qalarsınız, ən pis ehtimalla isə  qəza törədə bilərsiniz. Buna görə də qış aylarında avtomobillərə xüsusi qulluq  etmək mütləqdir.

“Mühərrikli vasitələr üçün  bütün baxışlarda  ilk olan mühərrik yağının dəyişdirilməsi və ona nəzarətdir.  Mühərrik yağı mühərrikin hərəkəti detallarının  daha rahat işləyə bilməsi üçün olan yağdır.  Bu yağ istifadə edildikcə azaldığı  və keyfiyyəti pozulduğu  üçün  dəyişdirilməsi lazım olan bir məhsuldur.  Mühərrik çalışdıqca  mühərrik bölgəsində  istilik çox yüksək olur. Mühərrik sulu soyutma ilə soyuyur. Mühərriki soyutmaq üçün radiatorda su olur və bu su azaldığı zaman  mühərrik  istilik yaradır və ciddi  qəzalara səbəb ola bilər.  Radiatorda olan suyun içinə anti-friz əlavə olunması qışda ola bilən donmaya qarşı qoruyucu təsir yaradır”

Usta deyir ki,  qış aylarında    yolu yaxşı göemək üçün əsas  diqqət yetirilməsi lazım olan hissələrdən biri də siləcəklərdir.  Qarlı havalarla birlikdə çox zaman duman da olur. Əgər siləcəklər düz işləmirsə, qəza qaçılmazdır.  Xüsusilə siləcəklərin avtmatik hərəkətində  axsama varsa bu düzəldilməli və rezin başlıqlar yeyilibsə, dəyiirilməlidir.

Qışda baş verən avtomobil qəzaları çox zaman qar zənciri və qış şinlərinin olmamaından irəli gəlir.  Qış üçün rezin şinkırin köhnəlməsi də qəzalara səbəb ola bilər.

“Əgər uzun yol  gedəcəksinizsə və ya olduğunuz şəhərdə asfalt belə donursa yəni sürüşkənləşirsə, qar şini yetərli olmayacaq.  Buna görə də şinlərə zəncir taxılması  çox önəmlidir.  Bu həm avtomobilinizi, həm də canınızı baş verən qəzalardan qoruyacaqdır.  Avtomobilin yola yapışmasını təmin edən təkərlərin ideal diş dərinliyi  3 mm olmalıdır”.

İlqar usta deyir ki,   qışda  havadakı nəm çox olduğu üçün  şam kabelləri və distributor qapağındakı çatlaqdan nəm girib avtomobilə zərər verə bilər.  Buna görə də elektrik sisteminə xüsusi nəzarət edin.

 Ön siləcəklərlə yanaşı arxa şüşədə buxarlanmağın qarşısını alan rezistansın idarə edilməsi, əgər hər hansı bir problem varsa, təmir edilməsi və ya dəyişdirilməsi lazımdır.

Soyuq aylarda ən çox istifadə edilən avtomil qızdırcısıdır.  Buna görə də üşüməmək üçün qızdırıcını da ustaya göstərin.

“Avtomobili qışa hazırlamaq üçün  anti-friz idarəsinə nəzrət edin, rezin şinlərin  diş dərinliklərinə və havasına baxıdırın,   şüşə suyu və siləcək rezinlərə,  əyləc və qaz “pedalları”na, işıqlandırma sistemi və lampaların idarəsinə  nəzrət etdirin. Qış aylarında avtomobilinizdə nütləq  zəncir, çəkmə kəndiri, ehtiyat üçün  lampalar v. s saxlayın. Avtomobilinizdə normal hava şəraitində 150 metrdən görünə bilən  qırmızı işıq verəm reflektiv işarə, ilk yardım  çantası, əlavə fənər, ehtiyyat təkər, yanğın söndürmə cihazı da olmalıdır ”.

Qış üçün avtomobil müayinəsi  təkər diş dərinlikləri və təkər havasına nəzarət  buzlu və sürüşkən olan yollarda  avtomobilin idarəsini  asanlaşdırır.  Şüşə suyu və siləcəklərə nəzarət  yaxşı görməni təmin edir. İşıqlandırma lampalarınına nəzarət   asanlıqla görə bilməyimizi və görünməyimizi təmin edir.

Usta bildirir ki, bəzən  qadın sürücülər bilmədikləri üçün qışda donan şüşəyə isti su tökürlər. Bu qətiyyən olmaz. Çünki şüşə anında parçalanmasa belə sonradan  parçalana, çatlaya bilər. Şüşənin donunu açmaq üçün az-az  adi su töküləməlidir. Şüşələr içəridən sabunlu su ilə silnməməlidir. Əks halda  buxarlanmaya səbəb ola bilər.

“Qışda avtomobili hərəkətə keçirən kimi sürmək olmaz. Azı 5 dəqiqə mühərrik qızandan sonra yola çıxmaq lazımdır. Mühərrik  qızmasığı təqdirdə  hissələrdə problem yarana bilər. Düşünün yatmış adam  duran kimi qaça bilərmi? Avtomobilə də canlı kimi yanaşın. Bilmirəm  sınamısınız yoxsa yox avtobillər mehriban davrananda o səni yolda qoymur. Sanki dil başa düşür. Siz də çalışın ki, hər kəsdən çox yanında olduğunuz avtomobilinizə yaxşı baxasınız, düzgün qulluq edəsiniz ki, o da sizi yolda qoymasın. Qış ayları   avtobiliniz və sizing həyatınız üçün çox önəmlidir. Ona özünüzə baxdığınız kimi baxın”…