•  – Bu gün Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq 
  •  – Baş nazir icra başçılarına çağırış etdi 
  •  – Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi olub 
  •  – Bu həftə yeni çağırış Milli Məclis ilk iclasına toplanacaq 

Gəncədə polis əməkdaşları apteklərdə reyd keçiriblər

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon İdarəsinin əməkdaşları xidməti ərazidəki apteklərdə süni qiymət artımının qarşısının alınması, eləcə də maskaya və spirtə ehtiyacın ödənilməsini təmin etmək məqsədilə yoxlama keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Big.az-a verilən məlumata görə, polis əməkdaşları apteklərdə qiymətlərlə maraqlanıb, əczaçılarla profilaktiki söhbətlər aparıblar. Obyekt rəhbərlərinə qanunun tələbləri ətraflı izah olunub və yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyi bir daha diqqətə çatdırılıb.


Bundan başqa, rayon polis idarəsinin əməkdaşları parklarda və istirahət guşələrində kütləvi şəkildə toplaşan vətəndaşlarla da maarifləndirici söhbətlər aparıblar.

Gəncədə polis əməkdaşları apteklərdə reyd keçiriblər
Gəncədə polis əməkdaşları apteklərdə reyd keçiriblər
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube