•  – İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək" 
  •  – Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıyıq" 
  •  – MSK daha 5 məntəqənin nəticələrini LƏĞV ETDİ 
  •  – Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb 

Qarın hündürlüyü 43 sm-ə çatdı - temperatur mənfi 15 dərəcəyədək endi

Ötən gün axşam saatlarında şimal bölgəsinin bütün rayonlarında hava şəraiti kəskin pisləyib və qar yağmağa başlayıb.
Shefeq.az-ın apa-ya istinadən xəbərinə görə, şimal bölgəsində ən çox yağıntı Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda qarın hündürlüyü 43 sm-ə çatıb. Qubanın Qrız kəndində qarın hündürlüyü 40 sm, Xaltanda 35 sm, Xızının Altıağac qəsəbəsində 36 sm, Qubanın mərkəzində 11 sm, Şabranda 2 sm, Xaçmazın Nabran kəndində 1 sm, Qusarın Yasab kəndində 15 sm olub.

Qubanın Qrız kəndində temperatur mənfi 15 dərəcəyədək enib.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube