•  – İşçi qrupun rəhbəri: "Prezidentin dövlət səfəri Azərbaycan-İtaliya hərbi əməkdaşlığını gücləndirəcək" 
  •  – Nazir müavini: "Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin tərəfdarıyıq" 
  •  – MSK daha 5 məntəqənin nəticələrini LƏĞV ETDİ 
  •  – Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb 

Qubada başlayan güclü yanğın evlərə keçə bilər - İki helikopter cəlb edildi

Quba rayonun Qarxun kəndində baş verən yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.

Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayon mərkəzindən 60 km məsafədə mürəkkəb relyefə və çətin keçilən yolları olan ərazidə ot tayası yanır:

“Yanğının yaxınlıqda yerləşən yaşayış evlərinə keçməsi ehtimalı olduğundan FHN DYMX-nin, XXRX-nin, Şimal Regional Mərkəzin müvafiq qüvvələri və nazirliyin Aviasiya dəstəsinin iki helikopteri hadisə yerinə cəlb olunub”.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube