•  – İlham Əliyev Türkmənistana getdi 
  •  – SON DƏQİQƏ! Azərbaycanın yeni Baş naziri TƏYİN EDİLDİ 
  •  – Artur Rasizadə: Elə bilirlər ki, Baş nazir olmaq asandır 
  •  – SON DƏQİQƏ! Milli Məclis bu gün yeni Baş nazir seçəcək 

İsmayıllı rayonunda ayının hücumuna məruz qalan şəxsin səhhəti normaldır

İsmayıllı rayonunda ayının hücumuna məruz qalan şəxsin səhhəti normaldır.

Shefeq.az xəbər verir ki, bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Rövşən Ağayev məlumat verib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra yaralı İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb: "Yaralı sakin dərhal peyvənd olunub, ona tibbi yardım göstərilib. Hadisə meşənin içərisində olan Xanagah kəndində baş verib. Ayı hücum edərək kənd sakinini yaralayıb".

R.Ağayev bildirib ki, yaralı sakinin vəziyyəti hazırda normaldır və o, xəstəxanadan evə buraxılıb.

Xatırladaq ki, İsmayıllı rayonunun Xanagah kəndində, kənd sakini 1950-ci il təvəllüdlü Rəsulov İsmayıl Yaqub oğlu qəfildən ayının hücumuna məruz alıb. Bədəninin müxtəlif nahiyəsindən xəsarətlər alan İ.Rəsulov İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube