•  – Rusiyadan Ermənistana Qarabağ xəbərdarlığı: savaş ola bilər 
  •  – Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı 
  •  – Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi 
  •  – Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI 

“700 manat ver, iş verək” – Göyçay Məşğulluq Mərkəzi

Göyçayda işisiz vətəndaşlar haqsızlıqla üzləşib


Bu gün Göyçayda Əmək yarmarkası keçirilsə də, işaxtaranlar işlə təmin olunmur, yarmarka formal xarakter daşıyır.

Məqsəd boş (vakant) iş yerlərində işsiz və işaxtaran vətəndaşları işlə təmin etmək olsa da, vacant yerlər rüşvət müqabilində satılır.

Rayon sakinlərinin saytımıza verdiyi məlumata görə, ödənişli ictimai işlərə cəlb olunmaq istəyən işsiz və işaxtaran vətəndaşların qeydiyyatı aparılır:

"Vətəndaşların bəzilərinə boş iş yerlərinə göndəriş verilib. Hazırda Göyçay Qaz İstismar sahəsində 10, Mənzil İstismar sahəsində isə 130-140 boş (vakant) yer var. Lakin növbədə boş (vakant) yerdən artıq vətəndaşlar var. Bundan sui-istifadə edən Göyçay rayonu Məşğulluq Mərkəzinin müdiri Namiq İsmayılov özünə yaxın adamların və sövdələşmə əsasında razılığa gəldiyi vətəndaşların adlarını növbədən kənar qəbul edir. Növbədə olan vətəndaşların deməsinə görə 500-700 manat arası pul verən vətəndaşların işlə təmin olunması təmin olunur. Buda digərlərinin narazılığına səbəb olur”.


RegionXəbərləri
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube