•  – Rusiyadan Ermənistana Qarabağ xəbərdarlığı: savaş ola bilər 
  •  – Məşhur rus şirkəti Gürcüstana uçuşları tamamilə dayandırdı 
  •  – Bu Komitənin tabeliyindəki qurumların siyahısında dəyişiklik edildi 
  •  – Azərbaycan müəllimlərinə şad xəbər: MAAŞLAR ARTDI 

Şəmkirdə qadına qarşı quldurluq edənlər tutulub

Mayın 20-də DİN-in "102 - Zəng Mərkəzi" Xidmətinə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yaşayan G. Qasımovanın evinə girmiş 2 maskalı şəxsin onun əl və ayaqlarını bağlayaraq oradan 3000 rus rublu, bir ədəd mobil telefon və qızıl-zinət əşyalarını aparmaları barədə müraciət daxil olub.
Shefeq.az oxu.az-a istinadən bildirir ki, aparılan əməliyyat-axtarış tədbirləri ilə quldurluq əməlini törədən həmin şəxslərin Samux rayon Qarayeri qəsəbə sakinləri 31 yaşlı Vəli Şəfiyev və onun tanışı, əvvəllər məhkum olunmuş 28 yaşlı Yusif Kazımov olduğu müəyyən edilib.
Hər iki şəxs polis əməkdaşları tərəfindən saxlanılıb və qızıl-zinət əşyalarının bir qismi maddi sübut kimi götürülüb. Saxlanılan şəxslər quldurluq yolu ilə əldə etdikləri digər qənimətləri Gəncə şəhərində satdıqlarını, əldə etdikləri pulu öz aralarında böldüklərini etiraf ediblər.
Həmin şəxslərin respublikanın digər şəhər və rayonlarında analoji cinayətlər törətmələri ehtimal olunduğundan istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube