Baxış sayı: 117
2-01-2017, 21:40

Prezident İlham Əliyevin sərəncamı ilə Salyan şəhərində ilk dəfə olaraq 1200 şagird yerlik yeni məktəb binasının inşasına başlanılıb


Shefeq.az xəbər verir ki, “Report”un Aran bürosu xəbər verir ki, tikinti işləri ümumi sahəsi 10 min 531 kv.m sahənin 3 min 54 kv.m-də aparılır.

Avropa standartlarına cavab verəcək yeni məktəb binasında 48 sinif otağı, kimya-fizika laboratoriyası, kompüter otağı, idman, akt zalları, kitabxana, yeməkxan, tibb məntəqəsi olacaq. Bundan əlavə, məktəb binasının fasiləsiz elektrik enerjisi, istilik sistemi və içməli su ilə təmin edilməsi üçün transformator quraşdırılacaq, qazanxana tikiləcək və hər biri 150 ton olan 3 su anbarı inşa ediləcək. Tikinti işləri növbəti tədris ilində başa çatdırılacaq.