Bölmə: Bölgələr
27-12-2016, 10:10

Cəlilabadda müəllim işləyən Vasif Əkbərov xeberman.com saytına yazaraq bildirir ki,  işlədiyim məktəbdə direktor və müavinlərin qanunsuz hərəkətlərindən Baş Prokurorluğa etdiyim şikayətdən sonra məktəbin  rəhbəri Natavan Şıxova  və  müavini Həqiqət Rzayeva ətrafına bir-iki müəllim toplayaraq  məni təhqir və təhdid etməyə başladı. Bu gün həyatım təhlükə altındadır . Beləki,
22.12.2016- cı il tarixində 3-cü dərs şagirdlər evə buraxılaraq,  saat  10:30-da  V. Mürsəlov adına Göytəpə 1№-li tam orta məktəbdə direktor Natavan Şıxovanın  təşkilatçılığı ilə məktəbimizdə iclas keçirilmişdi. İclasın gündəliyində 2 məsələ qoyulmuşdu. Onun biri 21.12.2016-cı ildə saat  15 00- da məktəbin şagirdlərini buraxaraq direktorların iclasını keçirməklə bağlı sosial şəbəkədə verilən məlumatın müzakirəsi  və ikinci məsələ isə sosial şəbəkədə anonim olaraq bir neçə qadın müəllimlərin ünvanına nəlayiq sözlərin yazılmasının müzakirəsi olacaqdır. Çıxış üçün ilk söz Həmkarlar təşkilatının komitə üzvü Fərzullayev Aidə müəllimə verildi. Aidə müəllimə onların haqqında sosial şəbəkədə yazılan fikirə münasibət bildirmək əvəzinə, direktordan şikayət edən müəllimləri etikadan kənar ifadələrlə (cındır, kişi deyilsiniz, "yazan", demaqoq və s.) sözlər söyləməklə təhqir etmişdir. Sonra isə çıxış üçün söz, iclas başlamamış məktəbin müəllimi Vasif Əkbərovun başından baş geyimini alaraq yerə çırpan Həmkarlar Təşkilatının komitə üzvü Rəna Kərimova verildi. Rəna Kərimova da eyni üslubda konstitusiyanın 57 maddəsindən istifadə edən müəllimləri "yazan", demaqoq, kişi deyilsiniz deməklə yanaşı başqa rayondan gələnləri yerlilərlə təhdid etməyə və hətta uşaqlarımızı  hədələməyə başladı. Sonuncu çıxışı edən Süsən Hüseynova isə məktəbin müəllimi Etiraf Vəliyevanın ünvanına təhqirlər yağdırdığı zaman biz müəllimlərin etik davranışına zidd olan hərəkətləri görüb iclasdan çıxdıq.  Bu gün də təhdid mesajları almaqdayam . Həqiqət Rzayevanın  oğlu Nurlan tərəfindəndə mənə yazıl mesajlar göndərilmişdir.

Hal-hazırda məktəbimiz böyük faciə eşiyindədir. Müəllimlər və şagirdlər arasında ikitirəlik yaranıb . Buna görə sizdən xahiş edirəm ki, direktor  Natavan Şıxova, müavin Həqiqət Rzayeva, Fərzullayeva Aidə,  Kərimova Rəna , Hüseynova Süsən  və  Həqiqət Rzayevanın oğlu  Nurlanın haqqında tədbir görəsiniz.

Məktəbimizə Nazirlik və Prokurorluq tərəfindən araşdırılma aparılmalıdır yoxsa cox ciddi faciə baş verəcək.

Hər-hansı səbəbdən mənim və ailəmin başına bədbəxt faciə gələrsə səbəbkarları adları yuxarıda 

loading...