•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Azərbaycanda ailə institutunun çağdaş problemləri Gəncədə gündəmə gətirilib

Son illərin statistikasını izləyərkən məlum olur ki, ölkəmizdə nikahların sayı getdikcə azalsa da, boşanmaların sayı artır. Hadisələrin bu cür inkişafı informasiya dövrünün özü ilə gətirdiyi reallıqdır. Lakin bu, klassik nümunəvi ailə modellərinin sıradan çıxmasına və dolayısı ilə ailə institutunun sarsılmasına səbəb olur. "Qadın Liderliyi Uğrunda" İctimai Birliyi bu problemin aktuallığını nəzərə alaraq Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Klassik Azərbaycan ailə modelinin təbliği" layihəsini həyata keçirir. Ötən gün Gəncə şəhərində sözügedən layihə çərçivəsində "Klassik, yoxsa müasir: Azərbaycanda ailə institutunun çağdaş problemləri" mövzusunda gənclərin iştirakı ilə debat keçirilib.
 Birliyin sədri Ülkər Abdullayeva qeyd edib ki, müasir informasiya texnologiyalarının inkişafı, dünyada yeni sosial münasibətlər sisteminin formalaşması, sənaye dövründən informasiya dövrünə keçid ölkəmizin mövcud ailə modelinə təsirsiz ötüşməyib. Lakin insanların həyatında ailə vacib rol oynayır. Odur ki, ölkəmizdə bu institutun qorunub saxlanması və inkişaf etdirilməsi olduqca vacibdir.
 “Ölkəmizdə dağılan hər bir ailə, növbəti ailə cinayətlərinə təşnədir. Ona görə də biz ailələrin dağılmaması üçün onun sağlam özüllər üzərində inşa edilməsini arzulayırıq. Əgər cütlüklər qurduqları ailələri qoruyub saxlaya bilmirlərsə, onda sivil şəkildə boşana, hətta boşandıqdan sonra belə normal münasibətlər saxlaya, övladlarını birlikdə böyüdə bilərlər” – deyən QHT sədri bugünkü cəmiyyətimizin ailələrimizin güzgüsü olduğunu ifadə edib.   
 “Bizim üstünlük verdiyimiz klassik ailə modeli odur ki, orada ailənin ən böyük üzvündən tutmuş ən kiçiyinədək hər kəs öhdəsinə düşən funksiyaları yerinə yetirsin, ailənin rifahı üçün əlindən gələni etsin, onun üzvlərinə hörmət və qayğı göstərsin, ailənin sevincini və kədərini birgə yaşasın, mövcud qaydalara sadiq qalsın. Çünki sağlam ailə olmadan sağlam cəmiyyət qurmaq çox çətindir. Ailə institutu nə qədər mükəmməl olarsa, orada tərbiyə olunan insanlar nə qədər ali hisslərlə yaşayarsa, təkcə öz rifahı üçün deyil, həm də ailəsinin və cəmiyyətin rifahı üçün çalışarsa, ətrafdakı insanlara sevgi və anlayış göstərərsə, onların formalaşdırdığı cəmiyyət də bir o qədər mükəmməl olar” – deyə Ü.Abdullayeva bildirib.   
 Layihə rəhbəri ailələrin dağılma səbəblərindən tutmuş uşaqlara alimentin ödənilməməsinə, ailədaxili zorakılıqlara qədər ətraflı bəhs edib. O, respublikamızın ikinci ən böyük şəhəri olan Gəncədə debat təşkil etməklə, bu tarixi şəhərin sakinlərinin diqqətini müasir ailələrin problemlərinə yönəltmək istədiklərini bildirib. Ü.Abdullayeva Gəncənin tarixən ailə dəyərlərinə sadiq bir şəhər olduğunu vurğulamaqla yanaşı, son zamanlar ailədaxili münaqişələrin sayının artmasına, bir sıra ailə cinayətlərinin müşahidə edilməsinə də diqqət çəkib.  
 Gəncədəki 5 saylı orta məktəbin müəllimi Almaz İsayeva qeyd edib ki, hazırda ailələrdəki problemin çoxu mobil tətbiqlər, sosial şəbəkələr vasitəsilə əlaqə imkanlarından qaynaqlanır. Onun sözlərinə görə, yeniyetmələr əks cinsin nümayəndələri ilə virtual yazışmalara daha çox vaxt sərf edirlər. Bu isə erkən evliliklərə, ailələrdə xoşagəlməz münaqişələrə və onların dağılmasına gətirib çıxarır.
 Tədbir iştirakçıları bu aktual mövzunu gündəmə gətirdiyi üçün "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinə təşəkkür edib. Belə maarifləndirici tədbirlərin ölkənin hər yerində keçirilməsinin, KİV-də geniş işıqlandırılmasının vacib olduğunu vurğulayıblar. 
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube