•  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 
  •  – 100 deputat Merkelə müraciət etdi: Rusiyadan imtina et 
  •  – Nazir: "Azərbaycan ümid edir ki, Bolqarıstan-Yunanıstan qaz bağlantısı layihəsi tezliklə həyata keçiriləcək" 
  •  – Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər 

Mingəçevirdə yanğın olub, xəsarət alanlar var

Mingəçevirdə xəsarətlə nəticələnən yanğın hadisəsi olub.
Milli.Az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Samux küçəsində yerləşən Sürücülük məktəbinin binasında baş verib.
Hadisəyə binanın məcburi köçkünlərin məskunlaşdığı hissəsində elektrik sayğaclarında yaranmış qısaqapanma səbəb olub. Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Mingəçevir şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub. 
İlkin məlumata görə, hadisə zamanı 3 nəfər tüstüdən boğulub. Hazırda ərazidə zərərçəkənlərə tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube