•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Xaçmazın Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq

Xaçmaz rayonunun Hacıəlibəy kəndində 400-dən çox abonent təbii qazla təmin olunacaq.
Milli.Az bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında 8 min metr müxtəlif diametrli polad və polietilen borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilib.
"Azəriqaz" İstehsalat Birliyi (İB) tərəfindən həyata keçirilən tikinti işləri qısa müddətdə yekunlaşacaq və abonentlərə "mavi yanacağ"ın verilməsinə başlanılacaq.
Xaçmaz Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Əlibaba Əliyev bildirib ki, kənddə hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılacaq. Bununla yanaşı, abonentlər qazla davranış və təhlükəsizlik qaydaları ilə bağlı maarifləndirilirlər.
Xaçmaz rayonda 151 yaşayış məntəqəsindən 111-nin qazlaşdırılması yekunlaşıb.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube