•  – Ağcabədidə yeni məktəb binasının tikintisinə 1 milyon manat ayrılıb 
  •  – "Nazir olmaq istəmirdim, amma..." - Misir Mərdanov 
  •  – Prezident sərəncam imzaladı 
  •  – Səhiyyə Nazirliyi tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək 

Zaqatalada marixuana tarlası aşkarlandı

Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi, kultivasiyası, eləcə də yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirlərini davam etdirirlər.
Milli.Az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan Sputnik-ə verilən məlumata görə, Zaqatala Rayon Polis Şöbəsinin (ZRPŞ) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən "Xaş-xaş 2018" əməliyyat-axtarış və profilaktiki tədbirlər planına uyğun olaraq növbəti uğurlu əməliyyat tədbiri keçirilib.
Zaqatala rayonu Muğanlı kəndi ərazisində sərhəd zolağına baxış keçirilərkən yabanı halda bitmiş ümumi çəkisi 750 kq olan 1320 ədəd çətənə kolları aşkar olunaraq yandırılma yolu ilə məhv edilib. Faktla bağlı araşdırma aparılır.
Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube