•  – Prezident icra başçısı ilə bağlı SƏRƏNCAM İMZALADI 
  •  – Prezident Mikayıl Cabbarova daha bir vəzifə verdi - SƏRƏNCAM 
  •  – Deputatlar şərabla bağlı təklif irəli sürdülər: "Şadlıq saraylarında..." 
  •  – Millət vəkili: "Nazirlərin mülkləri satılsın, pulları şəhid ailələrinə verilsin" 

Azərbaycanda kütləvi zəhərlənmə olub

Tərtər rayonundakı pambıq sahələrindən birində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Shefeq.az xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyindən “report”a bildirilib. Verilən məlumata görə, hadisə ötən gün rayonun Səydimli kəndində Rasim Həsənova məxsus pambıq sahəsində qeydə alınıb.

Bildirilir ki, təsərrüfat işi ilə məşğul olan zaman zəhərlənən 14 yerli sakin Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, 9 nəfər tibbi yardım göstərilərək evə buraxılıb, digər 5 nəfərin vəziyyəti ağır olduğundan, onlar Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicə-müayinə işləri davam etdirilir.

Yaranmış vəziyyətlə bağlı Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları bölgəyə ezam olunub. Hadisənin baş verdiyi pambıq sahəsindən və digər sahələrdən laboratoriya üçün nümunələr götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Оставить комментарий
  • Şərhlər
  • Bu gün
  • Populyar
InvestAZ
Sosial Şəbəkələrdə Biz
  • Facebook
  • Twitter
  • YouTube