Baxış sayı: 367
30-12-2016, 21:48
Bildiyiniz kimi bu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  sosial müavinət alan şəxslərə yeni il ilə əlaqədar olaraq qida yardımı edib.  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirıiyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai Rayon Şöbəsində yaşanılan problemlərlə əlaqəli saytımıza şikayət daxil olub.
Xətai Rayon sakini. A. Qurbanovanın sözlərinə görə,  bir gün öncədən zəng edilərək  249 saylı məktəbə dəvət ediliblər. Və həmin saatda məktəbin qarşısında 500-600 sakin olub. " Əvvəlcə bizə dedilər ki, toyuqlar yolda gəlir. Sonra dedilər, gedin sonra gəlib apararsınız. 2 saat gözlədikdən sonra saat 4 də   ərzaq paylanmağa başlandı. Mənə növbə saat 6 da çatdı. Bu bir kənara fondun əməkdaşları bizimlə çox kobud davranırdı. Onu da qeyd edim ki, artıq bir aya yaxındı ki, sosial müavinəti də vermirdilər. Bu gün o pul da karta yatırılıb.   Sadəcə istəyimiz odur ki, hər bir qurum işçi heyəti seçəndə onların əhali ilə davranışlarına diqqət etməyi tapşırsınlar. Biz  insanıq. Belə davranışlara layiq deyilik".

Qeyd edək ki,yardımlar H. Əliyev Fondu,RİİB -Regional İnkişaf Birliyi və SOCAR -ın təşkilatçılığı ilə həyata keçirilib.