Baxış sayı: 177
24-12-2016, 20:20

Mütəxəssislər insan orqanizmi üçün yeni təhlükə mənbəyi aşkar ediblər.


Shefeq.Az immunitet.az-a istinadən bildirir ki, Massaçusets Ştatı Universitetinin mütəxəssisiləri məişətdə istifadə etdiyimiz plasmas butulkalardan uzaq durmağı məsləhət görür. Onlar xüsusən də uşaqlara bu cür butulkalarda qablaşdırılmış içkilərdən uzaq durmağı məsləhət görürlər. Mütəxəssislər orta yaşdan yuxarı əhalinin 99%-in orqanizmində ftalatın olmasını qeyd edərək bu qərarı veriblər.

Ftalat məişət təmizləyicilərinin, qida məhsulların qablaşdırılmasında istifadə edilən materialda, parfümeriya məhsullarında, kosmetikalarda və plastik əşyalarda olur. Bu maddənin tərkibində olan toksin hamiləliyin baş verməsinin qarşısını alır. Araşdırmanı aparan mütəxəssislər sonsuzluqdan müalicə alan 50 cütlük arasında müayinələr aparmış və bu qərara gəlmişlər. Çünki həmin cütlüklərin hamısının sidiyində ftalatın miqdarının çox olduğu aydınlaşmışdır.

Ekspertlər ftalatın ən çox plastik qablarda olduğunu nəzərə alaraq insanları plastik qablaşdırmada olan qida məhsullarından uzaq durmağa çağırmışdır. Onların sözlərinə görə belə qablarda satılan qidalardan çox istifadə edən hamilə qadının dünyaya gətirəcəyi uşağın anadangəlmə qüsurla doğulma ehtimalı çoxdur.

Ekspertlər qanında ftalatın çox olduğu kişilərin spermalarının zəif olduğunu və onların qadınlarının hamilə qalması şansının aşağı olduğunu sübut etmişlər