Baxış sayı: 59
16-12-2016, 10:30

Siqaret və spirtli içkilər zərərli vərdişlər hesab edilsə də,  bu gün ölkəmizdə kifayət qədər siqaret və spirtli içki aludəçisi var.   Aludəçilər arasında kişilər çoxluq təkil etsə də, qadın və uşaqlar da az deyil.

Araşdırmalar zamanı müəyyən edilmişdir ki, siqaret aludəçisi olan qadınların  çox hissəsi bu vərdişlərə universitet illərdən başlamışlar.

Sosioloqların fikrincə,  qadınlar çox zaman   fərqli görünmək üçün  siqaret çəkməyə üstünlük verirlər.  Siqaret çəkərkən daha fərqli və çəkici göründüyü düşünən qadınlar  onun sağlamlığa zərərləri barəsində düşünmək belə istəmirlər.

22 yaşlı Günel Mahmudova  ali məktəblərdən birində  təhsil alır. Dəblə ayaqlaşmağı sevən Günel siqaret çəkməyə 19 yaından başladığını deyir. Günelin fikrincə, siqaret qadını daha çəkici edir. “Fikir verin, mənim siqaret çəkməyim qadın olduğunuz halda sizi də cəlb etdi. Mən diqqət mərkəsində olmağı sevirəm. Artıq 3 ildir ki, siqaret istifadə edirəm. Gündə  1 “paçka” çəkirəm”.

Günel deyir ki, ilk dəfə siqaretə gözəllik salonunda işləyən rəfiqəsinin təklifi ilə başlayıb.  3 ildən artıqdır ki, istifadəçi olan Günel siqareti buraxmağı düşünmür. “Mən düşünmürəm ki, siqaret çəkmək pis bir vərdişdir. Qonşu ölkələrə fikir verin, Türkiyəyə orada qadınların çox hissəsi siqaret çəkir. Ailələri də var, uşaqları da….Sadəcə Azərbaycanda buna pis baxırlar. Şəxsən mənim üçün ətrafın fikri önəmli deyil”.

Amma heç kim bir qadını xüsusilə kişilər sevdikləri qadını siqaret çəkərkən görmək istəməzlər.  Sorğu zamanı kişilərin bir çox hissəsi qadının siqaret çəkməsinə yaxşı baxmadıqalrını deyir.

Firdovsi Aşurullayevin fikrincə, siqaret çəkən normal əxlaqlı qadın ola bilməz. Həsən Quluzadə isə deyir ki, siqaret çəkən qadının  övladının xəstə olacağını düünür. O  bidlrir ki, siqaret çəkən qadınla əsla ailə qurmaz.

Qadınlar üzərində aparılan araşdırmalar zamanı məlum olub ki,  siqaret çəkmək qadınlar üçün bir aludəçilik, bağlılıq deyil. Yəni qadın istədiyi zaman  siqareti atmaq gücünə malikdir.

Sosioloq Mətləb Mahmudovun sözlərinə görə,  isə bəzi qadınlar kişi kimi olmaq, görünmək istədikləri üçün siqaret çəkməyə başlayırlar.   Ancaq qadınlar kişilərdən fərqli olaraq, zərif məxluq olduqları üçün  siqaretdən qaynaqlanan xəstəliklərə daha tez yoluxurlar.

 Mütəxəsislər hesab edir ki, çox zaman siqaret çəkən qadınlar sonradan onu tərgitməyə  qorxurlar. Çünki siqareti tərgitdikdən sonra çəki alma mərhələsi başlayır.

“Dünyada  15 yaşından yuxarı 1,5 milyard insane siqaret çəkir.   Dünyada hər il tütünlə bağlı xəstəliklərdən  5,4 milyin insan dünyasını dəyişir.  2030-cu ilə qədər müəyyən tədbirlər həyata keçirilməzsə,  bu rəqəmin 8 milyona çatacağı gözlənilir.  Onu da deyək ki, siqaret çəkmə halı kişilər arasında azaldığı halda qadınlara arasında günbəgün artır”.

Azərbaycanda da, siqaret çəkən qadınlar az deyil. Sosioloq bildirir ki, ölkədə normal əxlaqlı qadınlar nadir hallarda siqaret çəkir.  Çünki  mentalitet, cəmiyyətin düşüncəsi bu qadınları narahat edir.

“Əsasən  yüngül əxlaqlı xanımlar diqqət cəlb etmək üçün siqarte çəkirlər.  Bəzən mən özüm də fikir verirəm. Gözəl qadındır, ağzında siqaret. İnanın ki, bu görüntü heç xoş deyil”.

Bir çox insanlar siqareti tərgitməkdən qorxurlar.  Mütəxəsislərin fikrincə, bu qorxu  ruhi pozuntudur.  Psixoloq Nigar Məmmədovanın sözlərinə görə, bəzi qadınlar siqareti tərgitməkdən qorxduqlarını dilə gətirirlər onlara elə gəlir ki, siqraet atsalar anında kökələcəklər.  “Siqareti atdıqdan sonra iştaha və yuxu qaydasına düşdüyü üçün istənilən adam 2-3 kq çəki alır. Amm bu o  qədər böyük bir rəqəm deyil ”.

Bu gün, kişilər qadınlardan dörd qat daha çox siqaret çəkirlər.  Ancaq siqaret çəkən qadınların da sayı artır. Bu əsasən  inkişaf etməkdə oan ölkələrdə özünü daha çox biruzə edir. Bəzi cənub, orta və şərq Avropa ölkələrində belədir.

İndiki vaxtda təxminən 200 milyon qadın siqaret çəkməkdədir. Müsahibimiz bildirir ki, tütün istifadəsi, dünyada təzyiqin yüksəlməsindən sonra ikinci ölüm səbəbidir və dünyada ölən hər 10 insandan birinin ölüm səbəbidir.

Tütünün bütün formaları asılılıq yaradan və ölümcüldür.

Siqaret və digər tütün məhsulları çox müxtəlif xərçəng növlərinə (ağciyər, ağız, qida  borusu, qırtlaq, udlaq, mədə xərçəngləri kimi), ürək xəstəliyi, iflic, amfizem, xroniki bronxitə səbəb olur.

Siqaret çəkən qadınlarda gözlənilməyən uşaq düşmələri, doğulmamış körpə ölümləri və sonsuzluq riski artır. Bununla yanaşı siqaret çəkmək  qadınlarda  erkən klimaksa da səbəb olur.

Gün ərzində çəkilən bir qutu siqaret  bədəndə oksigen çatımazlığı yaradır. Bu səbəblə də siqaret çəkən qadınların dərisində erkən yaranan qırışlar, çatlar və yaralara səbəb olur.

Siqaret çəkmək, müxtəlif ağız xəstəliklərinə, diş çürüklərinin meydana gəlməsinə və eyni zamanda pis nəfəs qoxusuna da səbəb olur.

Terapevt Məlahət Abbasova deyir ki, əmizdirmə dövründə siqaret çəkən qadınlarda, hər siqaret çəkimindən sonra bədənə alınan nikotin ana südünə keçir  və 5 saata  ana südündən körpəyə  ötürülür.

Evdə siqaret və digər tütün məhsullarını istifadə etmək digər ailə fərdlərinin xüsusilə kiçik uşaqların sağlamlığını da təhlükəyə atmaqdadır.

“Siqaret çəkmək, qadınların görünüş və hisslərini, təbii gözəlliklərini və ruhi sağlamlığını pozur.  Araşdırmalara görə, siqaret çəkən qadınlar içməyənlərə nisbətən  daha depresifdirlər.  Siqaret çəkən bir çox adam, siqaretin rahatlaşdırıcı olduğunu düşünür. Və çox zaman narahat qadınlar siqaretə üstünlük verir.  Araşdırmalar zamanı məlum olmuşdur ki,  siqaret insanı stressə salır.  Nikotin narahatlıq və qayğı hisslərini artırır.  Əslində, stressə səbəb olan nikotin asılılığı siqaret çəkmə ilə yüngülləşdirilir”.

Həkim məsləhət görür ki,  siqaret çəkməyən analar  öz övladlarını  siqaret çəkilən mühitlərdən uzaq tutmağa çalışsınlar. Çünki özləri  çəkməsə belə,  siqaret tüstüsü uşaqlar üçün zərərlidir.

İradə CƏLİL